Mədəniyyət və İncəsənət Universitetinin magistr tələbələri imtahan tamaşalarını təqdim ediblər

Mədəniyyət və İncəsənət Universitetinin magistr tələbələri imtahan tamaşalarını təqdim ediblər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) teatr sənəti fakültəsinin magistr tələbələrinin imtahan tamaşaları nümayiş olunub.
Tamaşada dram teatrı və kino aktyoru ixtisasının magistr pilləsi üzrə təhsil alan birinci kurs tələbələri Hüseynağa Aslanov Marsel Mituanın “Müşayiətçi”, Hilal Dəmirov Kobo Abenin “Boksçu”, Könül Əbilova Fyodor Dostoyevskinin “Cinayət və cəza”, Könül Ələkbərova Jan Koktonun “Yaraşıqlı alfons”, Cavidan Kəsəmənli Harold Pinterin “Gəlincik”, Xədicə Novruzlu M.F.Axundzadənin komediyaları əsasında hazırlanmış tamaşaları təqdim ediblər.
Kursun rəhbəri Xalq artisti Ayan Mirqasımovadır. İmtahanda ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, teatr sənəti fakültəsinin dekanı, dosent Ellada Hüseynova, dram teatrı və kino aktyoru kafedrasının müdiri, Əməkdar artist, professor Gülşad Baxşıyeva, universitetin müəllimləri - Xalq artisti Oqtay Mirqasımov, Əməkdar artist Nofəl Vəliyev, dosent Nadir Hüseynov, baş müəllim Sahib Novruzlu və başqaları iştirak ediblər.
İmtahandan sonra komissiyanın iştirakı ilə keçirilən müzakirələrdə tamaşaların quruluş və ifa xüsusiyyətlərinə dair fikirlər bildirilib.

ADMİU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər