Bu ilin ikinci Günəş tutulması başlayıb

Bu ilin ikinci Günəş tutulması başlayıb Dekabrın 14-də 2020-ci ilin ikinci Günəş tutulması başlayıb.
Bu tutulma tam Günəş tutulmasıdır. Bakı vaxtı ilə saat 17:34-də başlayan tutulma hadisəsi saat 22:53-də sona çatacaq. Tutulma maksimum həddə 20:15-də çatacaq. Təbiət hadisəsi Cənubi Amerikanın mərkəzi və cənub hissələrində, Atlantik və Sakit okeanda və Antarktidada müşahidə olunur. Tam tutulma isə Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada görünür.
Bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmur.

Tehsil-press.az

Oxşar xəbərlər