Litva koronavirusa (COVID-19) yoluxma səviyyəsinə görə Avropada birinci yerdə qərarlaşa bilər.
Bu barədə məlumatı Avropa İttifaqı Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzi yayıb.
Bildirilib ki, hazırda yoluxma hallarının artım sayı üzrə Xorvatiya liderdir. Qeyd edilib ki, bu ölkədə 100 min nəfər əhaliyə düşən yoluxma nisbəti 1194,3 hal təşkil edir.
Mərkəzin verdiyi məlumata görə, Litvada son 14 gün ərzində 100 min nəfər əhaliyə düşən yoluxma nisbəti 1146,7 hal təşkil edib.
Bildirilib ki, koronavirusdan ölüm hallarının sayına görə Litva Avropada 13-cü yerdə qərarlaşıb (100 min nəfər əhaliyə 11,1 ölüm halı). Ən pis göstərici Bolqarıstan və Sloveniyada qeydə alınıb (müvafiq olaraq 26,9 və 26,1 hal).
Qeyd edilib ki, pandemiya başlayandan bu yana Litvada koronavirusa yoluxanların sayı 95 min 21 nəfər təşkil edir.
Tehsil-press.az