Azərbaycan Təbiət Dostları Gənclər Təşkilatının könüllüləri dünyanın müxtəlif ölkələrindən 50-dən çox gəncin qoşulduğu “Təbiət Dostları İqlim Ədaləti naminə” mövzusunda keçirilən onlayn sammitdə iştirak ediblər.
Təbiət Dostları Gənclər Təşkilatının könüllüləri Rövşən Allahverdiyev, Ayan Şamçiyeva, Orxan Nəciyev və Xədicə Əliyeva sammitin “Ədalət və məsuliyyət”, “Davamlılığın müdafiəsi”, “Təhsil”, “Əməkdaşlıq və tərəfdaşlıq” mövzularında davam edən bölmə iclaslarının müzakirələrində iştirak ediblər.
Sammit Beynəlxalq Gənc Təbiət Dostları, Almaniya Təbiət Dostları, Seneqal Təbiət Dostları Təşkilatlarının və “Credi-ong” İnteqrasiya inkişafına dair regional tədqiqat və təhsil mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Layihə Avropa Birliyinin maliyyələşdirdiyi və Alman İnkişaf və Humanitar Yardım Qeyri-Hökümət Təşkilatları (QHT) Assosiasiyası, Portuqaliya Qeyri-Hökümət İnkişaf Təşkilatları Platforması, Sloveniya QHT İnkişaf, Qlobal Təhsil və Humanitar Yardım Platforması və Avropa Yardım və inkişaf Qeyri-Hökumət Təşkilatları Konfederasiyası tərəfindən həyata keçirilən "AB başçılığı ilə layihə: 2020-2022 - Dünyada açıq, ədalətli və davamlı Avropaya doğru" layihəsinin bir hissəsi olan, Benin, Almaniya və Seneqaldan olan gənc Təbiət Dostlarının təşəbbüsü ilə “Avropa Birliyi-Afrika münasibətlərində iqlim ədaləti gənclərin nəzərində” layihəsi çərçivəsində baş tutan sammitdə müvafiq mövzu ilə bağlı tələblər və onların həyata keçirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.
Sammit ingilis və fransız dillərində keçirilib.
Tehsil-press.az