İş adamı İlqar Məmmədovdan ordumuza dəstək - Video

İş adamı İlqar Məmmədovdan ordumuza dəstək - Video Rusiyada yaşayan azərbaycanlı iş adamı İlqar Məmmədov Azərbaycan ordusunun Ermənistan üzərində qələbəsindən sonra hərbçilərimizə dəstəyi davam edir.
Müharibə davam etdiyi zaman da daim əsgərlərimizə dəstək olan iş adamı bu dəfə ordumuz üçün ərzaq göndərib.
Onun göndərdiyi ərzaq məhsulları “Artpak” şirkəti vasitəsilə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə yola salınıb. Şirkətin direktoru Fikrət Axundov da bu barədə açıqlama verib: “Bu şirkətimizin ordumuza ilk yardımı deyil. Həmişə dövlətimizin siyasətini dəstəkləmişik və bundan sonra da dəstəkləməyə davam edəcəyik. Vətən müharibəsi başlayanda Azərbaycan Silahlı Qüvvələrinin yardım fonduna müəyyən məbləğ köçürmüşdük”.
Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudov da yardımlar haqqında fikirlərini bildirib. O, qeyd edib ki, Azərbaycan ordusunun qələbəsinin kökündə məhz xalq Ali Baş Komandan birliyi durur: “Mən bu qələbə münasibətilə Ali Baş Komandanımızı, xalqımızı, əsgərlərimizi, zabitlərimizi təbrik edirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhid ailələrinin qarşısında baş əyirəm, onların valideynlərinin əllərindən öpürəm. Qazilərimizə şəfa diləyirəm və hər zaman onların yanındayıq. Həm hərbçi kimi, həm idmançı kimi çalışmışıq ki, daim qazilərimizin yanında olaq,şəhid ailələrinin yanında olaq. Bilirsiz ki, Ali Baş Komandanın rəhbərliyi ilə sərhədlərimiz bərpa olunub və bizim sərhədçilərimiz orada keşik çəkirlər. Edilən yardımlar da onlara bir dəstəkdir. Yardıma görə mənim dostum, Rusiyada yaşayan iş adamı İlqar Məmmədova təşəkkür edirəm. Müharibə dönəmində, həm ondan sonra daim əlaqə saxlamışıq və dəstəklərini bildiriblər. Bu gün də həmin dəstək davam edir. Prezidentimizin təşəbbüsü ilə “Yaşat” fondu yaradılıb və inanıram ki, bundan sonra da iş adamları, xalqımız dəstək olacaq. Hamımız qazilərin, şəhid ailələrinin yanında olacağıq. Azərbaycan xalqına qələbə yaraşır və məhz birliyimiz sayəsinə bayrağımız sərhədlərimizdə dalğalanır. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan."



Tehsil-press.az

Oxşar xəbərlər