AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Azərbaycan Universitetinin müəllim-tələbə heyəti üçün təşkil olunan “Su həyatdır” vebinarında məruzə ilə çıxış edib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın icrası istiqamətində Təhsil Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təhsil müəssisələrində su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı birgə maarifləndirmə tədbirləri çərçivəsində təşkil olunub.
Akademikin “Azərbaycanın su ehtiyatlarının və iqlim dəyişmələrinin dayanıqlı inkişafa təsiri” mövzusuna həsr olunmuş məruzəsi iqlim istiləşməsinin yaratdığı təhlükə, təbii kataklizmlər, biomüxtəlifliyə zərbə, içməli su qıtlığı, aclıq və epidemiya, dünya okeanı səviyyəsinin qalxması, iqlim istiləşməsinə alternativ baxışlar, iqlimi formalaşdıran əsas proses və amillər, iqlim dəyişmələrinin nəzəri əsasları, proqnoz modelləri, Coğrafiya İnstitutunun apardığı iqlim tədqiqatları kimi mövzuları əhatə edib.
Vebinar müzakirə və sual-cavab sessiyası ilə yekunlaşıb.
Tehsil-press.az