Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində onlayn elmi seminar keçirilib.
İnformatika kafedrasının müdiri, dosent Mübariz Xəlilov “Lay proseslərinin fluidlərinin faza vəziyyətini nəzərə almaqla modelləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, hər bir neft və qaz layını yalnız bir dəfə istismar etmək mümkün olur və bu sistemlər üzərində çoxsaylı eksperimentlər aparmaq, işlənmə prosesində yol verilən səhvləri düzəltmək mümkün olmadığı sübut edilib. O, lay sistemlərinin işlənməsi prosesinin bütün mərhələlərində riyazi modelləşdirmə üsullarından, kompüter texnologiyasından istifadə etmək zərurəti meydana gəldiyini, axınların riyazi modelləri mürəkkəb xüsusi törəməli diferensial tənliklərlə təsvir edildiyi qeyd edib. Əlavə edib ki, bu tənliklərin analitik üsullarla həllini qurmaq və onların əsasinda flüid axınlarını tədqiq etmək mümkün olmur. Ona görə də flüid axınlarının riyazi modellərinin kompüter texnologiyasından istifadə etmək zərurəti meydana gəlir. Alınan kompüter proqramı flüid axınının kompüter modeli adlandırılır.
"Microsoft Teams" platforması üzərindən təşkil olunan elmi seminar sualların cavablandırılması ilə başa çatıb.
Tehsil-press.az