Akademik Muxtar İmanov “Folklor və yazılı ədəbiyyat” mövzusunda ustad dərsi keçib

Akademik Muxtar İmanov “Folklor və yazılı ədəbiyyat” mövzusunda ustad dərsi keçib Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Bakı Dövlət Universitetinin Qazax filialının Filologiya fakültəsinin müəllim-tələbə heyətinə "Folklor və yazılı ədəbiyyat" mövzusunda onlayn ustad dərsi keçib.
Akademik çıxışında şifahi və yazılı ədəbiyyatda ifa-oxucu kontekstindən, bayatıların yas və toy mərasimində ifa tərzindən, aşıq sənətindən, dastanlardan, strukturu bəlli olan və olmayan xalq yaradıcılığından geniş bəhs edib. Subyekt və obyekt, təhkiyə, zaman və məkan məsələsində obrazlılıq mövzusuna toxunub.

Tehsil-press.az

Oxşar xəbərlər