Folklor İnstitutunda YAP Yasamal rayon təşkilatının yığıncağı keçirilib

Folklor İnstitutunda YAP Yasamal rayon təşkilatının yığıncağı keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yığıncağı keçirilib.
Tədbiri elmi müəssisənin direktoru, akademik Muxtar İmanov açaraq, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan Yeni Azərbaycan Partiyasının cəmiyyətin həyatındakı önəmindən və respublikamızın bugünkü ictimai-siyasi həyatındakı nüfuzundan bəhs edib. O, həmçinin partiyanın sıralarının gündən-günə genişləndiyini vurğulayıb. Akademik Folklor İnstitutunun 50 əməkdaşının bu partiyanın üzvü olduğunu və daha 20 nəfərin bu sıralara qoşulmaq istədiyini bildirib.
İclasda YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiyanın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən söz açıb. Partiyaya üzv olmaq istəyən Folklor İnstitutunun daha 20 əməkdaşının namizədliyini dəstəklədiyini bildirib.
Filologiya üzrə fəlsəfə doktoru Xədicə İsgəndərli çıxışında institutun əməkdaşlarının partiyaya üzv olduğu gündən fəallıqları ilə seçildiklərini bildirib.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər