Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Bir dünya, min millət" mövzusunda elmi seminar keçirilib.
Göyçay şəhərində təşkil olunan seminar narın Azərbaycan folklorundakı mifoloji semantikasının öyrənilməsi məsələlərini müzakirə etmək məqsədi daşıyıb.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova seminarın elmi əhəmiyyətinə toxunub. Sonra İctimai Televiziyanın “Carçıfilm” Yaradıcılıq Birliyinin ərsəyə gətirdiyi "Nar - bir dünya" sənədli filminin nümayişi olub.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov "Azərbaycan folklorunda narın mifoloji semantikası" mövzusunda məruzə edib. Bildirilib ki, Azərbaycan folklorunun bir çox janrlarında - nağıllarımızda, dastanlarımızda, bayatılarımızda, aşıq sənətimizdə, el nəğmələrimizdə və s. narın təsvirinə geniş yer verilir. Xalq ədəbiyyatında narla bağlı ayrı-ayrı süjetlər, motivlər, obrazlar var. Qurani-Kərimdə bir neçə meyvənin, o cümlədən narın adı çəkilir. Nar mifoloji rəmz kimi məhəbbət, güc və məhsuldarlığı ifadə edir.
Seminarda "Klassik poeziyada nara müraciət", "Azərbaycan nağıllarında narın simvolikası", "Bayatılarda nar və onun semantik çalarları", "Nar təbabətdə", "Qurani-Kərimdə nar", "Narçılığın iqtisadi əhəmiyyəti" mövzularında məruzələr dinlənilib.
Tehsil-press.az