Britaniyada COVİD-in mutasiyaya uğramış daha bir versiyası tapıldı

Britaniyada COVİD-in mutasiyaya uğramış daha bir versiyası tapıldı Böyük Britaniyada koronavirusun mutasiyaya uğramış daha bir növü aşkar edilib.
Bu barədə ölkənin səhiyyə naziri Mett Henkok jurnalistlərə açıqlamasında bildirib:
“Bu virus mutasiyaya uğramış əvvəlki variantdan daha yoluxucudur və sürətlə yayılır”.
Nazirin sözlərinə görə, mütəxəssislər artıq iki yoluxma faktı aşkarlayıblar. Hər iki pasiyent ölkəyə CAR-dan daxil olub.
Qeyd edək ki, London Cənubi Afrika ölkələri ilə sərhədləri bağlayıb. Həmin ölkələrdən gələnlər iki həftəlik karantində saxlanılırlar.
Bundan əvvəl dekabrın 14-də İngiltərənin şərqində koronavirusun mutasiyaya uğramış yeni növünün tapılması ilə bağlı məlumat verilmişdi. Virusun 70% daha yoluxucu olduğu deyilsə də, onun xəstəni ölümcül hala gətirdiyi və ya xəstəliyin gedişatını daha da pisləşdirdiyi təsdiqlənməyib.

Tehsil-press.az

Oxşar xəbərlər