Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) struktur bölmələrin 2020-ci ildəki fəaliyyətinə dair hesabatlar dinlənilib.
Onlayn təqdim olunan hesabatların dinlənilməsində BŞTİ-nin müdiri Mehriban Vəliyeva və idarənin struktur bölmə rəhbərləri iştirak ediblər.
Hesabat iclasında ayrı-ayrı sahələr üzrə il ərzində görülmüş işlər, müəyyənləşdirilmiş fəaliyyətə uyğun olaraq həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr haqqında məruzələr təqdim olunub. Həmçinin tədrisin təşkili, idarəetmə, təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn metodbirləşmələrinin fəaliyyəti, layihələr, kadr məsələləri, kargüzarlıq, hüquqi tənzimləmə, təchizat, maliyyə və digər mövzular barədə il ərzində həyata keçirilən işlərə dair məruzələr dinlənilib.
Görüşdə növbəti ildə həyata keçiriləcək islahatlardan, həmçinin qarşıda duran vəzifələrin icrası istiqamətində görüləcək işlərdən də danışılıb.
Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagird nailiyyətlərinin davamlı izlənilməsi, mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar qaydalar, məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği, şagirdlərin diaqnostik qiymətləndirilməsi, pandemiya dövründə müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi və digər bu kimi məsələlər ətrafında müzakirələr aparılıb.
M.Vəliyeva səmərəli fəaliyyət nəticəsində qazanılmış uğurların davam etdirilməsinin zəruriliyini nəzərə çatdırıb.
İdarə müdiri qarşıdan gələn ilin yeni imkanlar və uğurların davamı ili olacağına əminliyini ifadə edib. M.Vəliyeva ayrı-ayrı istiqamətlər üzrə nəzərdə tutulan perspektiv məsələlər və qarşıda duran vəzifələr haqqında fikirlərini bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Tehsil-press.az