Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə 2020-2021-ci tədris ilinin başlanması münasibətilə onlayn konfrans keçirilib.
Konfransda çıxış edən qurumun müdiri Rəşad Tağıyev ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini, Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını, Ulu Öndərin təhsil siyasətinin uğurla davam etdirildiyini söyləyib. Rəşad Tağıyev koronavirus pandemiyasının təsirlərinin minimuma endirilməsi istiqamətində ölkədə görülən işlərin əhəmiyyətindən danışaraq, tədris prosesinin mövcud qaydalar çərçivəsində həyata keçirilməsində bütün təhsil ictimaiyyətinin var gücü ilə çalışacağına əminliyini bildirib. 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edildiyini diqqətə çatdırıb. Bildirib ki, koronavirusla əlaqədar təhsil müəssisələrində sanitar-epidemioloji qaydalara həssas yanaşılır. Təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydaları və COVID-19 pandemiyası ilə əlaqədar məktəblərdə davranış qaydalarına ciddi riayət edilməlidir.
R.Tağıyev təhsil sahəsində aparılan islahatlardan, ötən dərs ilində qazanılmış uğurlardan, perspektiv məsələlərdən, Təhsil nazirinin “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb.
Konfransda çıxış edən idarənin müdir müavini İlhamə Abdullayeva yeni dərs ilində mərhələli olaraq əyani (ənənəvi) və distant (məsafədən) formada tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb. Xatırladıb ki, təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qurulması və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi əsas hədəflərdən biridir.
İ.Abdullayeva məktəblərdə sanitar-epidemioloji vəziyyətlə bağlı görülən işlər, sosial davranış qaydalarının təşviqi, məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği, şagirdlərin diaqnostik qiymətləndirilməsi məsələləri haqqında da fikirlərini bölüşüb. Pandemiya dövründə müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, kütləvi tədbirlərin keçirilməməsi, sosial məsafənin gözlənilməsi, təhsilverənlərin maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadəsinə ciddi riayət olunmasının vacibliyini qeyd edib.
Konfransda çıxış edən BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov yeni dərs ilinin yeni tələblər və qaydalarla müşayiət olunduğunu bildirib. Ölkəmizdə pandemiya dövründə həyata keçirilən tədbirlərdə insanların sağlamlığının prioritet məsələ kimi daim öndə olduğunu deyən sektor müdiri sanitar-gigiyenik normalara riayət olunmasının əhəmiyyətini xüsusilə qeyd edib. B.Məmmədov mövcud vəziyyətdə hər cür fədakarlıq göstərən təhsil işçilərinə, müəllimlərə ictimai dəstək verilməsinin zəruriliyinə diqqət çəkib. Sektor müdiri ictimaiyyətlə əlaqə işinin və qarşılıqlı informasiya mübadiləsinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği məsələlərinə də toxunub.
Daha sonra məktəb direktorlarını maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.
Tehsil-press.az