Salyan, Neftçala və Biləsuvar rayonlarının təhsil işçiləri ilə görüş

Salyan, Neftçala və Biləsuvar rayonlarının təhsil işçiləri ilə görüş Salyan rayonundakı Heydər Əliyev Mərkəzində Salyan, Neftçala və Biləsuvar rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri qoyulub.
Tədbirdə Məhəbbət Vəliyeva “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən və islahatlardan danışıb. O, ümumi təhsil müəssisələrinin qarşısında duran vəzifələrə toxunub, müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəblərdə sağlam psixoloji mühitin yaradılması kimi məsələlərin diqqətdə saxlanılmasının zəruriliyini diqqətə çatdırıb.
Məktəbəqədər hazırlıq qruplarının əhəmiyyətindən bəhs edən nazir müavini qeyd edib ki, tam orta təhsilin təmayülləşməsi zamanı şagirdlərin yaradıcılıq qabiliyyəti aşağı siniflərdən müəyyən edilməli, onların maraq və bacarıqları nəzərə alınmalıdır.
Məhəbbət Vəliyeva, həmçinin məktəb rəhbərlərinə bir sıra tövsiyələr verib.
Tədbirdə Salyan, Neftçala və Biləsuvar rayonlarının təhsil şöbələri müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib. Təhsil işçilərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Salyan rayonundakı Sarvan kənd tam orta məktəbinin əsaslı təmirindən sonra açılış mərasimi keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər