BDU alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

BDU alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının professoru Sevinc Hacıyeva və dosenti Elmina Qədirovanın həmmüəllifi olduqları “Rutil fazaya aid TiO2 nanohissəciklərinin fotokatalitik xüsusiyyətlərinin tədqiqi” adlı məqalə yüksək impakt faktorlu “Molecular Structure” jurnalında dərc edilib.
Məqalədə əsasən çirkab suların təmizlənməsində nanotexnoloji üsullardan istifadə etməklə fenol tip birləşmələrin təmizlənməsi öz əksini tapıb. Bu məqsədlə rutil fazaya aid olan TiO2 nanohissəciklərdən istifadə edilib.
Qeyd edək ki, jurnalın impakt faktoru 2.463-dür.

Tehsil-press.az

Oxşar xəbərlər