Azərbaycan alimlərinin beynəlxalq tədqiqatlarının nəticələri xarici jurnalda dərc olunub

Azərbaycan alimlərinin beynəlxalq tədqiqatlarının nəticələri xarici jurnalda dərc olunub Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev və aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru Emin Qəribovun türkiyəli və iranlı həmkarları ilə müştərək tədqiqatlarının nəticələrinə həsr olunmuş növbəti məqaləsi yüksək impakt faktorlu “Biorganic chemistry” jurnalında dərc edilib.
Məqalə güclü α-qlikozidaz və α-amilaz inhibitorları olan aminospirtlərin yeni tsiklik tiourea törəmələrinin sintezi, funksional analizi, bioaktivlik araşdırması və molekulyar dokinq tədqiqatlarına həsr olunub.
Xatırladaq ki, impakt faktoru 4.831-ə bərabər olan “Bioorganic chemistry” jurnalı “Web of Science” beynəlxalq elmi bazasına daxildir.

Tehsil-press.az

Oxşar xəbərlər