Azərbaycanlı rektor Ufa Dövlət Neft Texniki Universitetinin fəxri professoru seçilib

Azərbaycanlı rektor Ufa Dövlət Neft Texniki Universitetinin fəxri professoru seçilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa Dövlət Neft Texniki Universitetində akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş beynəlxalq elmi-texniki konfransda iştirak edir.
Konfransda M.Babanlı akademik Azad Mirzəcanzadənin ADNSU-nun fəxri məzunu olduğunu qeyd edib və onun tətbiqi mexanika və neft-mədən işləri sahəsində apardığı araşdırmaların əhəmiyyətindən danışıb.
M.Babanlı Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizinə üzərində akademik Azad Mirzəcanzadənin portreti həkk olunmuş xalça hədiyyə edib.
Konfransda professor M.Babanlı Ufa Dövlət Neft Texniki Universitetinin fəxri professoru adına layiq görülüb.
Qeyd edək ki, M.Babanlı akademik A.Mirzəcanzadənin xatirəsinə həsr olunmuş beynəlxalq elmi-texniki konfransın həmsədridir.
Konfrans noyabrın 18-də başa çatacaq.

ADNSU-nun Mətbuat Xidməti


Azərbaycanlı rektor Ufa Dövlət Neft Texniki Universitetinin fəxri professoru seçilib

Oxşar xəbərlər