“İlahiyyat” elmi-publisistik jurnalının növbəti nömrəsində...

“İlahiyyat” elmi-publisistik jurnalının növbəti nömrəsində... Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyat” elmi-publisistik jurnalının növbəti nömrəsi nəşr olunub.
Doqquz rubrikadan ibarət jurnalda öz sahəsinin peşəkar mütəxəssisi olan elm adamlarının, həmçinin Aİİ-nin tələbə və məzunlarının yazıları yer alıb.
Jurnalın budəfəki sayı “Rəsmi guşə” rubrikası ilə başlayır. Aİİ-nin rektoru Aqil Şirinovun müsahibəsi, “Təhsil innovasiyaları və onların tətbiqi” adlı məqalə “Təhsil” rubrikasında yer alıb. Jurnalın “Cəmiyyət və din” rubrikasında “İdeoloji təhlükəsizlikdə din amili”, “Ümumbəşəri dinlər”, “Sosial - psixoloji və din düşüncə sistemlərində dindəyişdirmə” və “Azərbaycan Xalq Cümhuriyyəti dövründə din tədrisi” adlı məqalələr oxucuların ixtiyarına verilib. “Sədrəddin Şirazi – Şərqdə transsendental fikrin banisi” adlı məqalə isə “Müsəlman mütəfəkkirlər” rubrikasında yer alıb.
“İlahiyyat” elmi-publisistik jurnalının “İslam əxlaqı” rubrikasında “İslamofobiya Qarabağ müstəvisində”, “İslamda ağıl: mahiyyəti və funksiyaları”, “İslamda qadının mövqeyi”, “Şəhidlik məqamı”, “Övlad tərbiyəsi” mövzusunda məqalələr verilib. “Araşdırma” rubrikasında isə “Qloballaşan dünyada elmi araşdırmaların mahiyyəti, “Yalançı peyğəmbərlər”, “İbn Xaldunun bədəvi (səhrada köçəri həyat sürən ərəblər) ümran nəzəriyyəsinin analizi”, “Memarlıq abidələri canlı tarixin şahididir” başlıqlı məqalələr dərc olunub.
“Qurana görə insanın yaranması”, “Ölümün qardaşı – yuxu”, “Allah həddini aşanları sevmir”, “İmam Hüseyn (ə) və Kərbəla hadisəsi” və “Ədl” mövzusunda yazılar “Baxış bucağı” rubrikasında yerləşdirilib. “Abidələrimiz” rubrikasında “Hira: peyğəmbərliyə hazırlıq, yoxsa fikri böhran?!”, “Qubanın ən qədim Əbu Muslim məscidləri” başlıqlı məqalələr dərc edilib. Jurnalın sonuncu “Ədəbiyyat” rubrikasında Valeriya Poroxova ilə müsahibə, “Qatil” adlı hekayə, “Bu yağışı dənə-dənə öpərəm” mövzusunda məqalə və “Minacat” adlı şeir yer alıb.
Qeyd edək ki, təsisçisi Azərbaycan İlahiyyat İnstitutu olan “İlahiyyat” elmi-publisistik jurnalının ildə 3 dəfə nəşr olunması nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər