“İğtişaşlarda iştirak edənlər ədalət məhkəməsi qarşısına çıxarılacaqlar”

“İğtişaşlarda iştirak edənlər ədalət məhkəməsi qarşısına çıxarılacaqlar” Yanvarın 6-da ABŞ Konqresi ərazisindəki iğtişaşların iştirakçıları ölkəyə hücum edib, onlar ədalət məhkəməsi qarşısına çıxarılacaqlar.
Bu barədə ABŞ-ın hazırkı Prezidenti Donald Trampın videomüraciətində deyilir. Müraciət Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanıb.
“Keçən həftə müşahidə etdiyimiz şiddəti qeyd-şərtsiz qınayıram. Bizim ölkəmizdə, hərəkatımızda zorakılığa, vandalizmə heç bir yer ola bilməz”, - deyə Tramp bildirib.
“Mənim əsl tərəfdarlarımdan heç kəs heç vaxt siyasi zorakılığı dəstəkləməyib, asayiş keşikçilərinə və ya böyük bayrağımıza hörmətsizlik etməyib, ABŞ vətəndaşlarına heç kim hədə-qorxu gəlməyib və ya hücum etməyib. Əgər bunlardan birini etmisinizsə, o zaman bizim hərəkatımızı dəstəkləmirsiniz, siz ona və ölkəmizə qarşı hücum etmisiniz. Biz bununla barışmayacağıq”, - deyə dövlət başçısı qeyd edib.
“Bu, dayanmalıdır. Harada olursunuzsa olun, sağda və ya solda, demokrat və ya respublikaçınızsa, zorakılığa heç bir bəraət yoxdur. Amerika qanunlar ölkəsidir. Ötən həftə hücumlarda iştirak edənlər ədalət məhkəməsi qarşısına çıxarılacaqlar”, - deyə siyasətçi vurğulayıb.
Tramp hər kəsi ölkədə gərginliyin azaldılması yollarını axtarmağa və sülhü təmin etməkdə kömək etməyə çağırıb. O, ötən həftə Konqresdəki fəlakətdən şok keçirdiyini və çox üzüldüyünü bildirib.
Dövlət başçısının müraciəti ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən Trampın impiçmentinə dair qətnamənin təsdiqlənməsindən sonra yayımlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər