Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib Dövlət İmtahan Mərkəzinin (DİM) Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında TOEFL iBT imtahanı keçirilib.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb və zəruri dezinfeksiyaedici vasitələrdən istifadə edilib. Eyni zamanda, imtahan otağında iştirakçıların bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunub.
İmtahanda 1 əcnəbi olmaqla 9 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının yanvarın 16-da keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az



Oxşar xəbərlər