ADA Universitetinin “Bakı Dialoqları” jurnalının növbəti nömrəsi nəşr edilib

ADA Universitetinin “Bakı Dialoqları” jurnalının növbəti nömrəsi nəşr edilib ADA Universitetinin ingilisdilli rüblük nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalının növbəti nömrəsi nəşr edilib.
Jurnalın bu nəşrində İkinci Qarabağ müharibəsi, regional problemlər və inkişaf haqqında ekspert rəyləri, Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ilə müsahibə və Gürcüstanın keçmiş prezidenti Eduard Şevarnadze haqqında liderlik məqaləsi yer alıb.
Həmçinin jurnalda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzənin, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekutanun, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Alper Coşkunun, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin, Qırğızıstanın keçmiş Baş naziri Coomart Otorbayevin və s. müəlliflərin məqalələri daxil olmaqla ümumilikdə 14 məqalə təqdim edilib.
Xatırladaq ki, ADA Universitetinin “Bakı Dialoqları” jurnalının ilk nömrəsi 2014-cü ildə buraxılıb və bir neçə il davamlı olaraq nəşr edilib. 2020-ci ilin sentyabr ayından etibarən isə jurnal “İpək Yolu bölgəsi üzərində siyasi perspektivlər” başlığı ilə dərc edilir.

Tehsil-press.az

Oxşar xəbərlər