“Vikipediya”da Əbdürrəhim bəy Haqverdiyevin əsərləri haqqında məqalələr yaradılıb

“Vikipediya”da Əbdürrəhim bəy Haqverdiyevin əsərləri haqqında məqalələr yaradılıb AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir, publisist və tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi çərçivəsində dramaturqun bir sıra əsərləri haqqında məqalələr yaradılıb.
Məqalələrdə “Millət dostları”, “Baba yurdunda”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Xortdanın cəhənnəm məktubları”, “Yeyərsən qaz ətini, görəsən ləzzətini” əsərlərinin məzmunu və oradakı obrazlar haqqında məlumatlar verilib.
“Vikipediya”da Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri, tarixi şəxsiyyətləri və tanınmış simaları haqında məqalə yaradılması prosesi uğurla davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər