Çin dilinin onlayn tədrisinə dair müzakirələr aparılıb

Çin dilinin onlayn tədrisinə dair müzakirələr aparılıb Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu "Çin dilinin onlayn tədrisinin tədris metodiki problemləri" mövzusunda onlayn seminar keçirib.
Seminarda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov müəllimlərin onlayn Çin dilinin tədrisinin aktual təşkilati-texniki və metodoloji problemlərinin həlli ilə bağlı təcrübəsindən danışıb.
Seminarda Çin dili müəllimi, Şərqi Çin Universitetinin magistrantı Samirə Məmmədova çıxış edib. O, Şərqi Çin Universitetinin Çin dilinin onlayn tədrisi üzrə innovasiya metodları və texnologiyalarından bəhs edib.
Çin dili müəllimi, ADU-nun Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Mirsalayeva tələbələrin Çin dili üzrə onlayn imtahanda şəffaf və səmərəli iştirakının təmin edilməsi üçün didaktik və texniki problemlərdən danışıb.
Pekin Xarici Dillər Universitetinin magistrantı Tuqay Bağırov təhsil aldığı universitetin tədris platformalarının fəaliyyəti haqqında məlumat verib. Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva isə orta məktəbdə Çin dili üzrə onlayn dərslərin keçirilməsi təcrübəsini bölüşüb.

Tehsil-press.az



Oxşar xəbərlər