Memarlıq və İnşaat Universitetində bu gün 2 minədək tələbə imtahan verir

Memarlıq və İnşaat Universitetində bu gün 2 minədək tələbə imtahan verir Yanvarın 2-ci həftəsindən başlanan qış imtahan sessiyası Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) uğurla davam edir.
Bu gün üçün 80 qrup üzrə 1916 nəfər imtahan verir.
“Zoom" platforması üzərindən onlayn qaydada keçirilən test və yazılı imtahanlara hər qrup üzrə test imtahanına 50 dəqiqə, yazılı imtahana 90 dəqiqə vaxt ayrılıb.
Universitet rəhbərliyi tərəfindən imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün lazımi tədbirlər görülüb.

Tehsil-press.az


Oxşar xəbərlər