Memarlıq və İnşaat Universitetində onlayn imtahan sessiyasının birinci mərhələsi başlanıb

Memarlıq və İnşaat Universitetində onlayn imtahan sessiyasının birinci mərhələsi başlanıb Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bu gün 2019/2020-ci tədris ilinin yay imtahan sessiyasının birinci mərhələsinə start verilib.
Onlayn rejimdə test və yazılı üsulla keçirilən imtahanlarda I-III kursun tələbələri iştirak edirlər. İmtahanlara İKT mərkəzində xüsusi təlim keçmiş proktorlar nəzarət edir.
Mərkəzin məlumatına görə, 13 fəndən onlayn test imtahanlarında bakalavriat səviyyəsində təhsil alan 31 qrup üzrə 699 tələbə iştirak edir. Üç qrup üzrə 52 tələbə iki fəndən onlayn yazılı imtahanlara qatılıb.
Universitetin Elmi şurasının qərarına əsasən, test üsulu ilə imtahanlar fənnin yalnız baza testləri əsasında (analoq və açıq testlər istifadə olunmadan) aparılır. Yazılı imtahan biletlərinə isə məzmunun əsas və ən vacib hissəsini əhatə edən suallar salınıb. Bu zaman sualların sayı universitet rektorunun əmrinə əsasən 25-30 faizədək azaldılıb.
Xatırladaq ki, AzMİU-da buraxılış kurslarında təhsil alan tələbələrin alt dərs və təkrar imtahanları iyunun 4-də keçirilib. Onlayn rejimdə test və yazılı üsulla keçirilən imtahanlarda tələbələrin 91 faizi imtahanı müvəffəqiyyətlə verib.

Tehsil-press.az

Oxşar xəbərlər