Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2018-2019-cu tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ADPU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, həmçinin imtahanlarda aşkarlığın təmin edilməsi üçün ictimaiyyət nümayəndələrinin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması universitet rəhbərliyinin diqqət mərkəzindədir. Tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün lazımi şərait yaradılıb.
Qeyd edək ki, qış imtahan sessiyası fevralın 2-dək davam edəcək. İmtahanlar ali təhsilin bakalavriat səviyyəsində I-III tədris ili tələbələri üçün yazılı formada, IV və əvvəlki illərdən olan tələbələr üçün isə spesifik fənlər istisna olmaqla, kompüter vasitəsilə test üsulu formasında, magistratura səviyyəsində isə yazılı şəkildə keçirilir. İmtahan sessiyasının çevikliyini təmin etmək məqsədilə fakültələr üzrə imtahan nəzarətçiləri təyin edilib. Onlar qeyri-ixtisas sahibləridir. İmtahanlar hər gün saat 9:00-da başlanır və 17:30-da bitir. Yazılı imtahanlar gün ərzində 3 dəfə keçirilir. Test üsulu ilə hər 45 dəqiqədən bir imtahanlar keçirilir. Hər gün ümumilikdə təxminən 3000 tələbə yazılı və test üsulu ilə imtahan verir.
İmtahan Qərargahının rəhbəri, dosent Asif Axundov bildirib ki, bu günədək 80 tələbə müraciət edib. Bu müraciətlərin 75-i yazılı qaydada verilən imtahanlardan, 5-i isə test üsulu ilə verilən imtahanlardan olub. Müraciətlər çevik şəkildə və diqqətlə araşdırılıb. Yazılı imtahanlarla bağlı 75 müraciətin 72-si tələbələrin xeyrinə həll edilib, üç nəfər isə müvafiq məlumatlandırmadan sonra müraciətindən imtina edib. Test üsulu ilə verilən imtahanlarla bağlı 5 müraciət tələbələrin xeyrinə həll edilib.
Bu günədək apellyasiya komissiyasına yazılı qaydada verilən imtahanlarla bağlı 250 müraciət daxil olub. Onlardan 95-i araşdırılıb, o cümlədən 23 müraciət tələbələrin xeyrinə həll edilib, 71 müraciətdə qiymətləndirmə qüvvəsində qalıb, 1 müraciətdə isə qiymət aşağı salınıb. Test üsulu ilə verilən imtahanlarla bağlı 3 müraciət isə araşdırılır. İmtahan zamanı davranış qaydalarına əməl etməyən, üzərində mobil telefon və ya digər köməkçi vasitələr aşkar olunan tələbələr imtahandan kənarlaşdırılaraq protokollaşdırılır və onların imtahan cavabları ləğv edilir.
Universitetdə imtahan zamanı qarşıya çıxan çətinliklərin həlli üçün lazımi addımlar atılır. Tələbələrin biliyinin qiymətləndirilməsi zamanı şəffaflıq və obyektivlik təmin edilir, onlar imtahanda göstərdikləri nəticələrə görə qiymətləndirilirlər. İmtahanların nəticələrinin təlimata müvafiq olaraq tələbələrə çatdırılması təmin edilir.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov hər gün imtahan zallarında imtahan prosesini müşahidə edir, tapşırıq və tövsiyələrini verir. İmtahanların çevik, şəffaf və obyektiv keçirilməsi rektorun diqqət mərkəzindədir.
ADPU-nun Mətbuat Xidməti