BDU-da onlayn imtahan sessiyası uğurla davam edir

BDU-da onlayn imtahan sessiyası uğurla davam edir Bakı Dövlət Universitetində (BDU) onlayn imtahan sessiyasının üçüncü həftəsi start götürüb.
Yanvarın 25-də bakalavriat pilləsində təhsil alan 237 qrup üzrə 5201 (344 nəfəri “SABAH” qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 241 ixtisaslaşmada 116 fənn üzrə 838 magistrant imtahan verib. BDU-nun Qazax filialında isə 312 qrupda 6319 tələbə imtahanlarda iştirak edib.
Şəffaflığın təmin edilməsi məqsədilə prorektorlar, dekanlar, kafedra müdirləri və tələbə nəzarət qrupunun üzvləri tərəfindən imtahan prosesinə nəzarət olunur.
Qeyd edək ki, BDU-da imtahan sessiyasının mövcud qaydalara uyğun, eyni zamanda, obyektiv və şəffaf keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər