Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn davam edir.
İlk növbədə, buraxılış kurslarında tələbələrin yekun attestasiyalara buraxılması üçün alt dərslərin imtahanlarında iştirak etməklə akademik borclarının ləğv etmələri üçün şərait yaradılıb. Bu məqsədlə iyunun 4-də buraxılış kurslarında təhsil alan tələbələrin alt dərs və təkrar imtahanları keçirilib. Bütün imtahanlar onlayn rejimdə test və yazılı üsulla keçirilib.
İmtahan cədvəlləri hazırlanaraq İKT mərkəzinə təqdim olunub və qaydalar tələbələrə izah edilib. İmtahanların keçirilməsi üçün texniki cəhətdən lazımi avadanlıqlarla təchiz olunmuş imtahan nəzarət-proktor otağı fəaliyyət göstərir. Xüsusi təlim keçmiş koordinatorlar tələbələrin imtahanlara daxil olmalarını və yaranan problemlərin vaxtında aradan qaldırılmasını təmin edirlər. İmtahanlarda 249 tələbənin iştirakı nəzərdə tutulub. Onlardan 187-si (75 faiz) imtahanda iştirak edib. İmtahan verənlərdən 171-i (91faiz) uğur qazanıb.
Onlayn imtahanın keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan hər hansı problem yaranmayıb. Yazılı imtahanlar verilmiş xüsusi giriş kodu vasitəsilə sistemə daxil olmaqla fənn müəllimləri tərəfindən yoxlanılır. İmtahanların gedişi tədris işləri üzrə prorektor, dekanlar və kafedra müdirləri tərəfindən izlənilib.
Tehsil-press.az