Bakı Ali Neft Məktəbinin Prezident təqaüdçüləri ilə onlayn görüş keçirilib

Bakı Ali Neft Məktəbinin Prezident təqaüdçüləri ilə onlayn görüş keçirilib Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov cari tədris ilində yüksək nəticə göstərərək ali məktəbə qəbul olan Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib.
Elmar Qasımov Prezident İlham Əliyevin “2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında 2020-ci il 29 oktyabr tarixli Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 22 tələbəsinin Prezident təqaüdünə layiq görüldüyünü qeyd edib.
O vurğulayıb ki, bu ali təqaüd tələbələrin istər təhsil həyatında, istərsə də gələcək karyeralarında həlledici rol oynayacaq. Qeyd olunub ki, 22 Prezident təqaüdçüsündən 11 nəfər BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını, 10 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını, 1 nəfər “Kimya mühəndisliyi” ixtisasını seçib. BANM Prezident təqaüdçülərinin sayına görə respublika ali məktəbləri içərisində II yerdə qərarlaşıb, I ixtisas qrupu üzrə isə liderdir.
Ali məktəbin Prezident təqaüdçülərinin ümumi sayının 172 nəfərə çatdığını bildirən rektor bu tədris ilində BANM-in Prezident təqaüdçülərinin ən minimal balının 683.9 olduğunu deyib. Tələbələrə həm təhsildə, həm həyatda, həm də gələcək karyeralarında yeni uğurlar arzulayan E.Qasımov Azərbaycanın intellektual gənclərinin məhz BANM-i seçməsini qüruverici hal kimi dəyərləndirib.
Rektor, həmçinin tələbələrə bilik və sosial bacarıqlarının daim artırmalarını tövsiyə edib.
Sonra tələbələrlə dərslərin gedişatı, imtahanlara hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər