Qazaxıstanda 6 turist qar uçqunu altında qaldı

Qazaxıstanda 6 turist qar uçqunu altında qaldı Qazaxıstanın Ridder şəhərində altı turist qar motosikletinə minərkən qar uçqunu baş verib.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, uçqun altında qalan turistlərdən 1-i ölüb, 5 nəfər sağ xilas edilib. Ölən turistin 1979-cu il təvəllüdlü olduğu bildirilib.
Rəsmilər dəyişkən hava şəraiti və güclü külək səbəbi ilə qar uçqunu olması barədə xəbərdarlıq edib, həmçinin vətəndaşları diqqətli olmağa və dağlıq ərazilərə getməməyə çağırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər