Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən 2021-ci il

Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən 2021-ci il Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən 2021-ci ilin yanvar və fevral ayları ərzində vətənpərvərlik mövzusunda tədbirlər həyata keçirilmişdir.
Məlumat üçün bildiririk ki, Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvləri Mərkəz tərəfindən hər zaman diqqət mərkəzində saxlanılmışdır. İdarə əməkdaşları tərəfindən həmin ailələr mütəmadi ziyarət olunur.
Bundan əlavə, şəhidlərimizin xatirəsinin yaşadılması, onların göstərdikləri qəhrəmanlıq və şücaətin təbliğ olunması, ictimaiyyətin şəhidlərimizin keçdiyi ömür yolu haqqında ətraflı və geniş məlumatlanması məqsədilə onların ailə üzvləri ilə görüşlər keçirilmiş, həmin ailə üzvlərindən müsahibələr götürülmüşdür. Belə ki, ay ərzində Qaratəpə kənd sakini şəhid Məmmədzadə Toğrul Pərviz oğlu, Sabirabad rayon Ətcələr kənd sakini şəhid Tağıyev Fuad Mərdan oğlu, Sabirabad rayon Surra kənd sakini şəhid Əsgərov Firavan Xanbala oğlu, Sabirabad rayon Nərimankənd kənd sakini şəhid Cəfərov Mətləb Məhəmməd oğlu, Sabirabad rayon sakinləri şəhid İsmayılov Sabir Ədalət oğlu, şəhid Bahadurov Anar Süleyman oğlu, Sabirabad rayon Surra kənd sakini şəhid Mayılov Bəxtiyar İxtiyar oğlu, Sabirabad rayon Məmişlər kənd sakini şəhid Hüseynov Fərid Yaşar oğlu, Sabirabad rayon Əhmədabad kənd sakini şəhid Muradov Elxan Murad oğlu, Sabirabad rayon Zəngənə kənd sakini şəhid Nağıyev Fərid Poladxan oğlu haqqında ayrı-ayrılıqda olmaqla qısametrajlı filmlər hazırlanaraq internet resursları üzərindən sosial şəbəkələrdə paylaşılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən A.İsgəndərov adına Xalq Teatrı tərəfindən də qəhrəman şəhidlərimizin keçdikləri ömür yolundan, onların döyüş şücaətlərindən, göstərdikləri qəhrəmanlıqlardan bəhs edən tamaşanın hazırlıq işlərinə başlanılmışdır.
Həmçinin, bildiririk ki, Mərkəzin tabeliyindəki bütün mədəniyyət müəssisələrində şəhidlərlə bağlı “Torpağı Vətən edənlər” adlı guşələrin, fotostendlərin yaradılması əsas vəzifə olaraq nəzərdə tutulmuş, hazırlıq işlərinə başlanılmışdır..
Şəhidlərlə bağlı görülən işlər yanaşı, digər mövzularda da Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən işlər davam etdirilir. Müxtəlif mövzularda onlayn tədbrilərin keçirilməsi və videoçarxların hazırlanaraq sosial şəbəkələrdə, idarənin rəsmi internet saytında paylaşılması təmin olunmuşdur.
Qeyd olunan istiqamətlərdə işlər davam etdirilir.

Tehsil-press.az



Oxşar xəbərlər