Sabirabad rayon Mədəniyyət Mərkəzində Ulu öndərin anım günü ilə əlaqədar dəyirmi masa keçirildi

Sabirabad rayon Mədəniyyət Mərkəzində Ulu öndərin anım günü ilə əlaqədar dəyirmi masa keçirildi 10 Dekabr 2019- cu il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzi və Sabirabad rayon MKS-nin birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində 12 Dekabr Azərbaycan Respublikasının Ümummilli lideri ,Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev –Müasir Azərbaycanın şah əsəridir” mövzusunda dəyirmi masa keçirildi. Əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Telman Əzimov çıxışında Ümummilli liderin keçdiyi uğurlu siyasət yolundan, Azərbaycanın müstəqilliyi uğrunda gördüyü işlərdən, Heydər Əliyevin Azərbaycan dövləti və dövlətçiliyinin inkişafında misilsiz xidmətlərindən danışmış, xalqın yaddaşında tarixi şəxsiyyət olaraq əbədi yaşayacağını, ölkəmizə rəhbərlik etdiyi illərdə tariximizə, milli dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, təhsilimizə xüsusi diqqət və qayğı göstərdiyini vurğuladı. Sabirabad rayon MKS-nin direktoru Eldar Urufov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildirib. “Ulu öndər Heydər Əliyev şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil edib” vurğulayıb ki, xalqımızın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz Heydər Əliyev adı ilə bağlı olduğunu qeyd etdi. Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru M.Ağazadə ulu öndərin elm,təhsil,mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən,onun rəhbərliyi ilə gerçəkləşən geniş miqyaslı quruculuq proqramlarından danışdı. Sonda tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirmiş, dahi şəxsiyyət Heydər Əliyevin həyat yoluna, Sabirabada səfərlərinə həsr edilmiş fotoşəkillər, kitablar, digər çap məhsulları və rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən nümunələrlə tanış oldular.

Mətbuat Xidməti


Oxşar xəbərlər