Bakı Dövlət Universitetində statistika ilə bağlı onlayn tədbir

Bakı Dövlət Universitetində statistika ilə bağlı onlayn tədbir Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” çərçivəsində tələbələrə statistik uçotun əhəmiyyəti, statistik materialların hazırlanması və s. təbliği məqsədilə onlayn tədbir keçirilib.
Tədbirdə THİK sədri Hacıbaba Mustafayev fakültə nümayəndələrini mövzu ilə bağlı məlumatlandırıb. O, statistik məlumatların hazırlanmasına sərf olunan vaxtın və xərclərin kağızsız texnologiyanın tətbiqi yolu ilə azaldılması vasitəsilə sənədlərlə işin təşkilində səmərəliliyin yüksəldilməsi, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsinin təmin olunacağına əminliyini ifadə edib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər