BDU-nun müəllimi onlayn təlimi başa vuraraq sertifikata layiq görülüb

BDU-nun müəllimi onlayn təlimi başa vuraraq sertifikata layiq görülüb Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Vəfa İsgəndərova “Coursera” platforması, Dövlət Məşğulluq Agentliyi və UNDP-nin (BMT-nin İnkişaf Proqramı) ABŞ universitetləri ilə birgə təşkil etdiyi onlayn təlimlərə qoşulub.
V.İsgəndərova Davis Kaliforniya Universitetinin keçirdiyi “Tableau” proqramı ilə vizuallaşmanın əsasları (Fundamentals of Visualization with Tableau) adlı dörd həftəlik təlimi uğurla başa vuraraq sertifikata layiq görülüb.

Tehsil-press.az



Oxşar xəbərlər