Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi beynəlxalq müsabiqələrin laureatı olub

Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi beynəlxalq müsabiqələrin laureatı olub Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin Estrada sənəti kafedrasının məzunu, həmçinin bu ali məktəbin birinci kurs magistr tələbəsi Şəfiqə Abbasova yay tətili və pandemiya dövründə 4 müsabiqədə laureat olub.
COVID-19 pandemiyası ilə əlaqədar onlayn təşkil olunan müsabiqələrdə gənc musiqiçi caz və pop janrında əsərlər ifa edib. Beynəlxalq müsabiqələrə müxtəlif yaş kateqoriyaları üzrə qatılan iştirakçılar canlı vokal, instrumental ifa, rəqs və aktyorluq istedadlarını münsiflər heyətinə təqdim ediblər.
Şəfiqə Abbasova Ukraynada və Rusiyada keçirilmiş “Holly Music” və “Ulduzdan yüksək” beynəlxalq müsabiqələrində I yerə layiq görülüb. O, həmçinin Krasnoqorsk və Moskvada keçirilmiş “VI vilayət”, “Up voice” festival və beynəlxalq müsabiqələrdə II yerə layiq görülüb.
Qeyd edək ki, Şəfiqə Abbasovanın müəllimi Əməkdar artist, ADMİU-nun dosenti İnarə Babayevadır.

Tehsil-press.az

Oxşar xəbərlər