İnformasiya Texnologiyaları İnstitutunda 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi seminar keçirilib.
Seminarda elmi müəssisənin əməkdaşı Əfruz Qurbanova “Kosmopolit e-dövlətdən milli e-dövlətə doğru: virtual mühitdə Azərbaycan dilinin istifadəsinin təmin olunmasına konseptual yanaşma” mövzusunda məruzə ilə çıxış edib.
Ə.Qurbanova qeyd edib ki, dünyada gedən qloballaşma prosesi bir çox sahələr kimi, dillərə də təsirsiz qalmır. Dünya ictimaiyyətinin diqqətini bu problemə yönəltmək, həmçinin lazımi tədbirlər görmək məqsədilə UNESCO-nun təşəbbüsü ilə 2000-ci il fevralının 21-dən etibarən hər il Beynəlxalq Ana Dili Günü qeyd edilir. Burada əsas məqsəd dil və mədəniyyət müxtəlifliyinin müdafiəsi və qorunmasına diqqətin artırılmasıdır.
Məruzəçi vurğulayıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinə, onun qorunmasına xüsusi diqqət yetirib, bu istiqamətdə mühüm sənədlər, o cümlədən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar imzalayıb. Azərbaycan dilinin qorunması istiqamətində aparılan işlərin davamı olaraq, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamlar, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalanıb.
Ə.Qurbanova “Mədəni müxtəliflik haqqında bəyannamə”, “Virtual məkanda mədəniyyət və dil müxtəlifliyinin qorunması məqsədi ilə çoxdilliliyin inkişafının dəstəklənməsi və stimullaşdırılması”, “Qeyri-maddi mədəniyyət irsinin qorunması üzrə Konvensiya”, “Çoxdilliliyin yayılması, istifadəsi və kiberməkana əlyetərlik üzrə tövsiyə”, “Nəsli kəsilməkdə olan dillər üzrə proqram” kimi beynəlxalq normativ sənədlərin müvafiq sahənin inkişafında əhəmiyyət kəsb etdiyini bildirib.
Qeyd edilib ki, 2001-ci ildə UNESCO dünyada yoxa çıxmaqda olan dillərin atlasını hazırlayıb, atlas sonuncu dəfə 2010-cu ildə Norveç hökumətinin dəstəyi ilə yenilənib. 2464 dilin öz əksini tapdığı atlasa Azərbaycanda da yoxa çıxmaq təhlükəsinin müxtəlif səviyyələrində olan 11 dil (buduq, saxur, lahıc, xınalıq, kilit, udin, qrız, rutul, tat, ləzgi və talış dilləri) daxil edilib.
Milli elektron dövlətdə dilin arxitektur-texnoloji əsaslarından söz açan məruzəçi milli e-dövlət mühitində Azərbaycan dili xidmətləri sisteminin konseptual modelini təqdim edib. Milli e-dövlət mühitində Azərbaycan dili xidmətləri sisteminin funksional modullarından bəhs edərək, dillərin sənədləşdirilməsi, dilin təmizlənməsi, orfoqrafiya və orfoepiya normalarının tənzimlənməsi, vulqarizmlər bazası, adlar-soyadlar sistemi, Milli Toponimik Geoinformasiya Sistemi, Milli Transliterasiya Sistemi, Milli Terminoloji İnformasiya Sistemi, Milli Dialektoloji Baza, dil sənayesi xidmətləri, Milli Dil Korpusu, axtarış sistemlərinin optimallaşdırılması barədə ətraflı məlumat verib.
“Qeyd edilənlər e-dövlət mühitində Azərbaycan dilinin tam şəkildə öz yerini tuta bilməsi, qorunması və inkişafı üçün görülməsi vacib kifayət qədər işlərin olduğunu və müvafiq istiqamətlərin hər biri üzrə təxirəsalınmaz layihələrin həyata keçirilməsi zərurətini göstərir. İnformasiya texnologiyalarının təsiri ilə sürətlə qloballaşan müasir dünyada dil müxtəlifliyinin qorunması aktual məsələlərdən birinə çevrilib. Ümumiyyətlə, internet mühitində dilin qorunması və inkişafı üsulları ilə bağlı müxtəlif ideyalar, yanaşmalar var. Qloballaşma prosesində dili təhlükə altında qoyan bir çox amillər mövcuddur və onların hər birinin ayrı-ayrılıqda nəzarətdə saxlanılması hesabına dili qorumaq çox çətindir. Yalnız dilin e-dövlət platformasının tərkib hissəsinə çevrilməsi, milli e-dövlət mühitində linqvistik texnologiyaların istifadəsi ilə müxtəlif e-xidmətlərin göstərilməsi və bu sistemlərin davamlı şəkildə təkmilləşdirilməsi hesabına ana dilimizi qorumaq və inkişaf etdirmək mümkündür”, – deyə Ə.Qurbanova bildirib.
Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.
Tehsil-press.az