Bakı Dövlət Universitetində keçirilmiş növbəti elmi seminarda dəniz ekologiyasından danışılıb

Bakı Dövlət Universitetində keçirilmiş növbəti elmi seminarda dəniz ekologiyasından danışılıb Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində “Ağır metallar və biogen elementlərin dənizdibi çöküntüləri - dib suları sistemində miqrasiya və mübadiləsinin kimyəvi və ekotoksikoloji qiymətləndirilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminarda Ekoloji kimya kafedrasının doktorantı Cəmil Quliyev mövzu ilə bağlı məruzə edib. Məruzədə dənizdibi çöküntüləri - dib suları sistemində ağır metalların miqrasiyası, o cümlədən ağır metalların və biogen elementlərin mübadiləsinin kimyəvi və ekotoksikoloji qiymətləndirilməsi məsələlərinə toxunulub.

Tehsil-press.az



Oxşar xəbərlər