Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Qarabağ-Mil düzü landşaftlarının ekomeliorativ qiymətləndirilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminarda fakültənin dekanı Şəkər Məmmədova tədqiqat işinin əhəmiyyətindən, dövrün qlobal problemlərindən biri olan ekoloji mühitin çirklənməsi, sıradan çıxması və bərpası istiqamətində görüləcək ekomeliorativ tədbirlərin aparılması yollarından söz açıb.
Fiziki coğrafiya kafedrasının doktorantı Təvəkkül Sadiqov mövzu haqqında təqdimatla çıxış edib. Məruzədə Qarabağ və Mil düzlərinin kəskin transformasiyaya məruz qalmış müasir landşaftlar olduğu, burada su resursları ilə bağlı uzun illər problemlər yaşanması diqqətə çatdırılıb. Ekomeliorativ qiymətləndirmənin əsasları, meliorasiya olunmuş torpaqların hidrogeoloji şəraiti və yeraltı suların rejimi, balansının formalaşmasının ümumi qanunauyğunluqları, torpaqların şorlaşması, ekomeliorativ prinsiplər haqqında məlumat verilib.
Fakültənin professor-müəllim heyətinin suallarını cavablandıran T.Sadiqov təbii komponentlərin meliorativ qiymətləndirilməsini regionun bütün ekocoğrafi xüsusiyyətləri ilə əlaqələndirərək, ekomeliorativ xüsusiyyətlərə aid kartoqrafik materiallar təqdim edib.
Professor Məqsəd Qocamanov, dosentlər Saleh Nağıyev, Nərminə Seyfullayeva, İradə Əliyeva, Ramiz Əhlimanov mövzu ətrafında çıxış edərək araşdırmanı coğrafiya elminin inkişafında mühüm töhfə kimi yüksək dəyərləndiriblər.
Tehsil-press.az