Kimyəvi elementlərin dövri qanununun kəşfinin 150 illiyinə həsr olunan konfrans keçirilib

Kimyəvi elementlərin dövri qanununun kəşfinin 150 illiyinə həsr olunan konfrans keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Dmitri Mendeleyevin kimyəvi elementlərin dövri qanununun kəşfinin 150 illiyinə həsr olunan konfrans keçirilib.
ədbirdə akademik Zərifə Əliyeva adına liseyin, Bakı şəhər 27, 91, 134, 160, 239 və 272 nömrəli məktəblərin müəllim və şagirdləri iştirak ediblər.
Konfransı NKPİ-nin direktoru, akademik Vaqif Abbasov açaraq görkəmli rus alimi D.Mendeleyevin 150 il bundan əvvəl yaratdığı Elementlərin Dövri Cədvəlinin rolu barədə məruzə ilə çıxış edib. O, məşhur azərbaycanlı kimyaçı Abbas Çayxorskinin Elementlərin Dövri Cədvəlinin 5 kvant ədədinə əsaslanan yeni, tamamlanmış nümunəsi haqqında geniş izahat verib.
Sonra müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Nərminə Abdullayeva D.Mendeleyevin Bakıdakı fəaliyyəti haqqında danışıb.
Sonda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinın əməkdaşı, Azərbaycanda rus icması sədrinin müavini Lyubov Yakunina çıxış edərək bu cür konfransların keçirilməsinin və əməkdaşlığın vacibliyini vurğulayıb, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər