Onlayn rəsm müsabiqəsi: Xocalı soyqırımını unutma!

Onlayn rəsm müsabiqəsi: Xocalı soyqırımını unutma! Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Nəsimi Rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımını unutma!” adlı onlayn rəsm müsabiqəsi keçirilib.
Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş müsabiqənin məqsədi faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslə tarixi həqiqətləri çatdırmaq və istedadlı şagirdlərin yaradıcılıq potensiallarını üzə çıxarmaqdan ibarət olub.
Müsabiqədə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və Nəsimi rayonunda yerləşən ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Müsabiqəyə ümumilikdə 135 rəsm və əl işi təqdim olunub. Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilərək qaliblər seçilib. Müsabiqənin qalibləri diplom, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunublar.

Tehsil-press.az

Oxşar xəbərlər