Gömrük Akademiyasında onlayn təlimlərin qiymətləndirmə mərhələsi keçirilib

Gömrük Akademiyasında onlayn təlimlərin qiymətləndirmə mərhələsi keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşlarının bir qrupu üçün onlayn təşkil edilən xidmətə ilkin hazırlıq təlimləri başa çatıb.
Onlayn təlimlərdə iştirak edən gömrük xidməti əməkdaşlarının biliklərinin qiymətləndirilməsi karantin rejiminin şərtləri gözlənilməklə akademiyada ənənəvi formada keçirilib. Ümumilikdə, 30 gömrük əməkdaşı qiymətləndirmədə iştirak edib.
Qeyd edilib ki, imtahandan öncə təlim iştirakçıları akademiyanın imtahan sisteminə daxil olmaq, sualların necə cavablandırılması və digər məsələlərlə bağlı məlumatlandırılıblar.
Qiymətləndirmədən öncə akademiya rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təlim iştirakçıları ilə görüşüb. O, onlayn təlimlərin üstünlüklərindən söz açıb, təlim dinləyiciləri ilə məmnunluqla bağlı sorğu keçirildiyini deyib. Q.Novruzov qeyd edib ki, əməkdaşların fikir və rəyləri akademiya üçün çox dəyərlidir. “Dinləyicilərin rəyləri onlayn təlim-tədris prosesini inkişaf etdirməyə töhfə verir”, - deyən akademiya rəisi iştirakçılara uğurlar arzulayıb.
Sonra təlim iştirakçılarının biliklərinin yekun qiymətləndirilməsi keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər