UNEC-də intellektual yarış

UNEC-də intellektual yarış Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən İqtisadçı İntellektual Klubunun təşkilatçılığı ilə mayın 23-də “Nə? Harada? Nə zaman?” onlayn intellektual yarışı keçiriləcək. Tədbir UNEC-in 90 illik yubileyinə həsr olunacaq.
Yarışın qalibləri pul mükafatı, diplom və hədiyyələr qazanacaq. Birinci yerin qalibi 100 manat, ikinci yer 70 manat, üçüncü yerin sahibi isə 50 manat əldə edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər