Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İsrail–Azərbaycan Təlim Mərkəzində veb-proqramlaşdırma kurslarının ilk dərsi keçirilib.
Rektor, professor Mustafa Babanlı kurs iştirakçıları ilə görüşüb. Veb-proqramlaşdırmanın əhəmiyyətindən danışan rektor tədris mərkəzində gənclərin bu istiqamətdə bilik qazanması üçün hər cür şərait yaradıldığını deyib.
İsrail-Azərbaycan Ticarət Palatasının prezidenti Aleks Kaplun mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirərək, burada İsrailin İT və yüksək texnologiyalarla bağlı təcrübəsi əsasında gənclərə yüksəksəviyyəli dərslər keçiriləcəyini qeyd edib. Hazırda kursda 9 tələbə və 15 müəllim olmaqla 24 nəfərin iştirak etdiyini vurğulayan İsrail–Azərbaycan Təlim Mərkəzinin rəhbəri Elnur Səfərli “Full stack development” kursunun bütün tədris materiallarının İsrail tərəfindən verildiyini deyib.
Qeyd edək ki, 500 saatlıq kurs həftədə 4 gün olmaqla hər gün 3 saat müddətində 10 ay davam edəcək. Təlim mərkəzində məsləhət komitəsi fəaliyyət göstərəcək. Komitəyə verilən tapşırıqlar və layihələr əsasında kursun yekununda tələbələrin təqdim edəcəyi layihələrdə qiymətləndirmə aparılacaq.
Kursu bitirənlərə “Məzun sertifikatı”, layihəni təqdim edə bilməyənlərə “İştirak sertifikatı” veriləcək. Sonda tələbələrin bank sektorunda və digər şirkətlərdə işlə təmin olunmasına dəstək göstəriləcək.
Tehsil-press.az