UNEC-in tələbələrinə proqramlaşdırma sahəsində dəstək göstərilir

UNEC-in tələbələrinə proqramlaşdırma sahəsində dəstək göstərilir Azərbaycan Beynəlxalq Bankı və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib.
Bankın korporativ sosial məsuliyyət layihəsi çərçivəsində IBA Tech Akademiyası yaradılıb. Akademiyanın fəaliyyətinə bu istiqamətdə ixtisaslaşmış İsrail-Ukrayna şirkəti olan “DAN.IT” təhsil mərkəzi metodoloji kömək göstərəcək.
Qeyd edilib ki, akademiyada təşkil olunan intensiv “bootcamp” proqramlarında iştirak üçün müraciət edənlər arasından 2 istiqamət üzrə (FrontEnd, BackEnd) 100 tələbə seçiləcək. Namizədlər onlayn ərizə göndərdikdən sonra seçim 4 mərhələ üzrə aparılacaq: qeydiyyat, məntiq testi, texniki test və fərdi müsahibə. Təlimlər oktyabrın 10-dan Bakıda keçiriləcək. Namizədlər ilk sosial layihə kimi akademiyada təşkil edilən 2,5 aylıq intensiv “bootcamp” kurslarında ödənişsiz qaydada proqramlaşdırmanın əsas istiqamətləri üzrə praktik bilik və bacarıqlara yiyələnəcəklər. IBA Tech Akademiyasında təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək göstərəcək. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək veriləcək. IBA Tech Akademiyasına qəbul üçün sentyabrın 30-dək müraciət etmək olar.
“DAN.IT” təhsil mərkəzinin təmsilçiləri Kseniia Stolbova (CEO) və Andrey Kozulya (CTO) proqram haqqında ətraflı məlumat verib, tələbələrin suallarını cavablandırıblar.

Unec-in Mətbuat Xidməti


UNEC-in tələbələrinə proqramlaşdırma sahəsində dəstək göstərilir

Oxşar xəbərlər