Yaxud Sovet sistemindən Anqlo-sakson sisteminə keçidin əsas istiqamətləri
Gürcüstanda müstəqillikdən sonra uzun müddət “elmlər namizədi”, “elmlər doktoru” elmi dərəcələri və “dosent”, “professor” elmi adları verilmiş və elmi dərəcələrin və adların verilməsi mərkəzləşdirilmiş qaydada Ali Attestasiya Komissiyası tərəfindən həyata keçirilmişdir. Lakin 2004-cü ildən sonra Gürcüstan bu modeldən tamamilə imtina edərək, Anqlo-sakson modelinə, daha dəqiq desək, ABŞ modelinə keçmişdir.
Gürcüstanda bu istiqamətdə aparılan islahatlar, ilk növbədə, elmi dərəcə və elmi adlarla bağlı olmuşdur. Belə ki, “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri ləğv edilmiş və ölkədə vahid elmi dərəcə – “doktor” (PhD) – müəyyən edilmişdir. Əvvəlki dövrdə “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri alanların da elmi dərəcələri “doktor” ilə əvəz edilmişdir. Əvvəlki elmi adlar da tamamilə ABŞ sisteminə uyğunlaşdırılmış və yeni sistemdə “assisent”, “assisent professor”, “assosiativ professor” və “professor” elmi adları (vəzifələri) müəyyən edilmişdir. Bunlarla yanaşı, fəxri elmi adlar olan “fəxri doktor” və “emeritus”un da verilməsi nəzərdə tutulmuşdur.
Aparılan islahatların ikinci mühüm istiqaməti isə Ali Attestasiya Komissiyasının ləğv edilməsi, onun elmi dərəcə və elmi adların verilməsi ilə bağlı bütün səlahiyyətlərinin ali təhsil müəssisələri və elmi təşkilatlara ötürülməsi olmuşdur. Belə ki, hazırda Gürcüstanda elmi dərəcə və elmi adların verilməsinin əsas şərtləri “Ali Təhsil Haqqında” (2004) qanunda təsbit edilmiş, ali təhsil müəssisələri və elmi təşkilatlar isə bu şərtlərə özlərinin də əlavə şərt müəyyən etmək hüququ ilə elmi dərəcə və adları verirlər.
Ölkədə ali təhsil müəssisələri yalnız bakalavr təhsili verən “kollec”, bakalavr və magistr təhsili verən “tədris universiteti” və bakalavr, magistr və doktorantura təhsili verən “universitet” olmaqla üç yerə bölünmüşdür. Ölkədə yeganə elmi dərəcə olan “doktor” (Ph.D) dərəcəsini əldə etmək üçün universitetlərdə doktorantura təhsilini tamamlamaq və dissertasiya yazaraq müdafiə etmək tələb olunur. Universitetlərin Elmi Şuraları dissertasiya müdafiə şuralarını yaradır və bu şuraların əsasnamələrini təsdiq edir.
Gürcüstanda elmi adlar universitetdə verilən elmi vəzifələrdir və yalnız həmin universitet çərçivəsində istifadə edilir. Bütün elmi vəzifələr universitetlərdə rəqabət şəraitində keçirilən seçkilər vasitəsilə tutulur. Assisent və assisent professor vəzifələri 3-4 illiyinə tutulur və ABŞ-dakı daimi olmayan elmi vəzifələrə uyğun gəlir. Dövlət ali təhsil müəssisəsində 65 yaşına çatmış şəxslər elmi vəzifə seçkilərində iştirak edə bilmir və bu yaşa çatmış elmi vəzifə tutanlar da bu vəzifədən azad edilir.
P.S. Əlavə məlumat üçün Gürcüstanın “Ali Təhsil Haqqında Qanunu”na baxıla bilər (Law of Georgia on Higer Education, http://www.mes.gov.ge/upload/text/geo/1196078343_legislation.pdf )

Elşən Bağırzadə,
iqtisad üzrə fəlsəfə doktoru
iqtisad üzrə fəlsəfə doktoru