Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan ədəbiyyatında alleqoriya” (Məcazdan həqiqətə) adlı monoqrafiya nəşr olunub.
Əsərin müəllifi Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, filologiya üzrə elmlər doktoru Lalə Əlizadədir. Elmi məsləhətçi və “Ön söz”ün müəllifi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir. Elmi redaktoru filologiya üzrə elmlər doktoru Fəridə Əzizova, redaktoru filologiya üzrə fəlsəfə doktoru Aynurə Mahmudovadır. Akademik Möhsün Nağısoylu, filologiya üzrə elmlər doktoru Mahirə Quliyeva və Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə kitabın rəyçiləridir.
Monoqrafiyada XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında alleqoriyanın rolu, inkişaf yolları tədqiq olunub. Anadilli və farsdilli poeziyadan gətirilən ədəbi nümunələr əsasında aparılan tədqiqat işində Xaqani Şirvani, Nizami Gəncəvi və Məhəmməd Füzulinin yaradıcılığında alleqoriya sənətinin araşdırılmasına xüsusi yer ayrılıb. Kitabda irfan-fəlsəfi-bədii istiqamətində, təsəvvüf dünyagörüşündə və hürufi poeziyasında alleqoriyanın mövqeyini təhlil edən ayrı-ayrı bölmələr təqdim olunub.
Tehsil-press.az