Birinci sinfə şagird qəbulu apreldə başlanacaq

Birinci sinfə şagird qəbulu apreldə başlanacaq 2021-2022-ci tədris ili üçün I sinfə şagird qəbuluna aprel ayının ikinci yarısından start veriləcək.
Ümumtəhsil müəssisələrinin I siniflərinə qəbul prosesi elektron sistem ilə www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.
Qeydiyyat valideyn (qanuni nümayəndənin) tərəfindən onlayn formatda aparılmalıdır. Vətəndaşlara texniki kömək və dəstək məqsədilə əvvəlcədən müəyyən olunmuş məktəblərdə alternativ qeydiyyat mərkəzləri yaradılacaq.
Qeyd edək ki, qəbul prosesinin keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər