Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Çini tanı” layihəsi çərçivəsində Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbin şagirdləri üçün Beynəlxalq Kuklaçı Gününə həsr olunmuş “Çin və Azərbaycanın mədəniyyət incisi: danışan kuklalar” adlı tədbir keçirib.
Tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin mədəniyyətinin incilərindən olan teatrın yaranma tarixi, xüsusilə kukla teatrının əhəmiyyətindən danışıb. R.Abbasov kukla teatrının xalqın ictimai həyatının bir hissəsi olduğunu deyib, Azərbaycan-Çin kukla teatrlarının oxşar və fərqli cəhətlərindən söz açıb. Çin kukla teatrının bənzərsiz adət-ənənələri və dünya teatr sənəti üçün əhəmiyyətindən danışıb. Alim Çin Kukla Teatrının yaradıcılıq tarixi, onun regional növləri və üslubları haqqında da məlumat verib.
ADU-nun Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva məktəblilərə kukla teatrının növləri olan kölgə oyunu, barmaqlarda kuklalar (əlcək), tək çubuqda kuklalar və.s haqqında danışıb. Qeyd edib ki, Çin kukla teatrı tarixdən bu günə kimi öz mədəni irsini qoruyaraq müasir dövrün maraqlarını əks etdirdiyi üçün dünya kukla teatrında böyük əhəmiyyətə malikdir.
Sonda Çin kukla teatrının məşhur süjetləri əsasında video nümayiş təqdim olunub. Bununla yanaşı, yaxın tarixdə Konfutsi İnstitutunun təşəbbüsü ilə 42 nömrəli tam orta məktəbdə ödənişsiz Çin dili dərslərinin başlanacağı haqqında məlumat da şagirdlərin nəzərinə çatdırılıb.
Tehsil-press.az