“TikTok”da ən çox onların çıxışları paylaşılır

“TikTok”da ən çox onların çıxışları paylaşılır Azərbaycanda bayağı videoların paylaşımına görə ən çox tənqidlərə tuş gələn sosial platforma olan “TikTok” getdikcə daha böyük auditoriya toplayır. Artıq ölkənin bir çox xəbər saytları bu şəbəkədə öz səhifələrini açır, siyasətçilər qeydiyyatdan keçirlər.
Sözügedən platformada paylaşımlar arasında siyasətçilərin çıxışlarına da yer ayrılır.
Zaman-zaman müxalifət liderləri təkcə Feysbuk və instagramda deyil, “Tik-tok”da da gündəm olurlar. Onların sırasında Ağ partiyasının sədri Tural Abbaslı, Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Ümid rəhbəri İqbal Ağazadə, VİP sədri Əli Əliyev və b. yer alıb.
Məsələn, Ağ partiyanın sədri #turalabbaslı həştəqindən “Tik-tok”da 16,7 milyon dəfə istifadə olunub, #əlikərimli həştəqilə bağlı 11,6 milyon dəfə, #arifhacılı həştəqilə 130 min dəfə, #əliəliyev həştəqilə 292,4 min dəfə, #iqbalağazadə həştəqilə 416,2 min dəfə paylaşım edilib.
Xatırladaq ki, bəzi ölkələrdə istifadəçilərin təhlükəsizliyi baxımından “TikTok” sosial şəbəkəsinə qadağa qoyulsa da, bu şəbəkədə qeydiyyatdan keçənlərin sayı durmadan artır. Sözügedən sosial platforma Türkiyədə də qeyd olunan istiqamətdə geniş auditoriya toplayıb.
Ötən il qardaş ölkənin sabiq baş naziri Əhməd Davudoğlunun özünə "TikTok" hesabı açmasından sonra bir sıra siyasətçilər, o cümlədən, Əkrəm İmamoğlu orada qeydiyyatdan keçmişdi.
Davudoğlu platformaya gəlişini belə izah etmişdi: "Gənclik haradadır?" - deyə soruşdum. "TikTok"da cavabını verdilər, biz də gəldik. Gənclik haradadırsa, biz oradayıq".

Tehsil-press.az

Oxşar xəbərlər