"Sosial şəbəkədə ölkə rəhbərliyi və ölkə əleyhinə səsləndirilən fikirlərə çox da həssas yanaşmağa ehtiyac yoxdur. Müəyyən insanların səviyyəsizləşməsi bütün dünyada müşahidə edilir".
Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "Seçkilərdə KİV-in rolu" mövzusunda çıxışı zamanı deyib. M.Pənahov qeyd edib ki, bununla yanaşı ölkənin təhlükəsizliyi ilə bağlı səsləndirilən fikirlərə həssas yanaşılmalıdır:
“Bəzən bu yazıları, videoların izlənmə sayının 1 milyon olduğu deyilir. Əsas məsələ sivil dünyada söz sahibi olan cəmiyyətin əxlaq normalarına uyğun olaraq əhalimizi ayıq saxlamalıyıq. Adətən necə olur əxlaqsız, tərbiyəsiz hərəkət nümayiş etdirənlərə qarşı münasibətimiz? Bir dəfə baxıb keçirik. Lakin ölkənin təhlükəsizliyi ilə bağlı məsələlər olsa, müvafiq qurumlar ona həssas yanaşmalıdır”.
Tehsil-press.az